











| Kateqoriya | Obyekt |
|---|---|
| Sahə | 557 m² |
Nabranda, El Faro və Flaqman otelləri ilə eyni birinci cərgədə, dənizə cəmi 200 metr məsafədə yerləşən hazır turizm obyekti satışa çıxarılır. Ərazi yüksək nöqtədə olduğu üçün bütün otaqlardan dənizə birbaşa, qarşısı alınmaz mənzərə açılır.
Otel 14 otaqdan ibarətdir — hər otaqda ayrı sanitar qovşağı və duş, hündür tavanlar və geniş planlama. Bina möhkəm tikilib, saz vəziyyətdədir. İstəyən şəxs kosmetik yeniləmə edərək dərhal mövsümə hazır vəziyyətə gətirə bilər.
Ərazi• Sənəddə 22 sot, faktiki 29 sot• Su, qaz, işıq var• Çıxarış və texpasport tam qaydasında• Əlavə tikililər: qaroul otağı, ambar• Obyektə aid özəl dəniz zonası – sənəddə qeyd olunub (plaj, açıq kafe və ya çimərlik sahəsi kimi istifadə edilə bilər)
İstifadə imkanları:• Hazır otel + restoran kompleksi• Mini-resort və ya ailəvi istirahət mərkəzi• Mövsümi yüksək gəlir üçün ideal investisiya• Böyük torpaq sahəsi hesabına genişləndirmə imkanı
Mövsüm zamanı Nabranda stabil turist axını olduğundan, obyekt özünüz idarə etdikdə arendadan qat-qat artıq gəlir gətirə bilər.
Satış və ya uzunmüddətli arenda mümkündür.
Elanın nömrəsi
Baxışların sayı
Yeniləndi
5279512
963
22 Noyabr 2025
Növbəti elanlar yüklənir...