Satılır 3 otaqlı yeni tikili 91 m², 8-ci mikrorayon q.
Binəqədi rayonunun 8-ci mikrorayonunda, Cəfər Xəndan küçəsində, “Garant Mart”ın yaxınlığında yerləşən, KUPÇALI və premium təmirli mənzil satışa çıxarılır. Mənzil 2 otaqdan 3 otağa yüksək zövqlə və keyfiyyət standartlarına uyğun şəkildə yenidən layihələndirilib. Təmir prosesində yalnız dünya brendlərinə məxsus materiallardan istifadə olunub. Qaz, su və işıq daimidir. Mənzil 17/9-cu mərtəbədə yerləşir və geniş yol panoramasına malikdir.
Yaşayış kompleksi şəhərin nüfuzlu yaşayış yerlərindən biridir. Binada iki mərtəbəli yeraltı avtodayanacaq, 2 sürətli lift, 24/7 mühafizə və tam videomüşahidə sistemi mövcuddur. Kompleksin daxilində və yaxınlığında supermarketlər, gözəllik salonları, həmçinin məktəb və uşaq bağçası fəaliyyət göstərir. Ərazi Azadlıq prospekti ilə kəsişmədə yerləşdiyindən məkan həm mərkəzi, həm də strateji baxımdan son dərəcə əlverişlidir.
Bina yüksək sosial statuslu qonşuluğu ilə seçilir: burada vəzifəli şəxslər, ziyalı ailələr və tanınmış müğənnilər yaşayır.
Mənzil tam sənədlidir və alqı-satqı üçün hazırdır. Real alıcıya xüsusi endirim mümkündür.
Qiymət: 245.000 AZN
Ofis haqqı: 2%








































































































































































































